Bakıda bıçaqlanan kişi xəstəxanada ölüb

Bakıda bıçaqlanan kişi xəstəxanada ölüb
# 18 mart 2020 00:49 (UTC +04:00)

Bakının Səbail rayonunda beş gün əvvəl bıçaqlanan 47 yaşlı şəxs xəstəxanada ölüb.

APA xəbər verir ki, hadisə martın 13-də Bayıl qəsəbəsində qeydə alınıb.

1973-cü il təvəllüdlü Bujdelev Viktor Vladimiroviç tanışı tərəfindən bıçaqlanıb. O, həmin gün 1 saylı Xəstəxanaya yerləşdirilib. Yaralı cərrahi əməliyyat olunub. Onun halı bu gün qəfildən pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, V.Bujdelevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Səbail Rayon Polis İdarəsi və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR