I Avropa Oyunları zamanı göstərilən tibbi xidmətlərin səviyyəsi yüksək qiymətləndirilib

I Avropa Oyunları zamanı göstərilən tibbi xidmətlərin səviyyəsi yüksək qiymətləndirilib
# 30 iyun 2015 09:08 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Mən I Avropa Oyunlarının yüksək səviyyəli səhiyyə xidmətlərinin göstərilməsində, planlaşdırma və fəaliyyətə, həmçinin inanılmaz əməkdaşlıq nümunəsinə görə səhiyyə naziri Oqtay Şirəliyevə və rəhbərlik etdiyi komandaya öz təşəkkürümü ifadə etmək istəyirəm!”

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bu sözlər London Olimpiadası Təşkilat Komitəsi Tibbi Xidmətlərinin sabiq rəhbəri və I Avropa Oyunları Təşkilat Komitəsi Tibbi xidmətlər və Dopinqlərə Nəzarət Departamentinin rəhbəri Dr. Pamela Venninqin səhiyyə naziri Oqtay Şirəliyevə göndərdiyi məktubda qeyd olunub.

Dr. Pamela Venninq I Avropa Oyunlarının keçirildiyi zaman göstərilən tibbi xidmətlərin səviyyəsini yüksək qiymətləndirib: “Səhiyyə Nazirliyi Avropa Oyunları Tibbi Xidmətlər Standartlarına uyğun bütün tələb və öhdəlikləri lazımınca yerinə yetirib. Siz, sözün əsl mənasında, vəzifə borcunuzdan da artıq olaraq fədakarlıqla çalışmışsınız. Təcili və Təxirəsalınmaz Yardım və Hospital servizləri bizim hər bir təklifimizə uyğun olaraq müstəsna xidmətlər göstərdi. Bununla bərabər, Avropa Oyunları Qərargahında planlaşdırma və fəaliyyət üzrə bizimlə çiyin-çiyinə çalışan komandanın müstəsna işini qeyd etmək istərdim. Onlar, böyük təşəbbüskarlıqla bütün tələblərin öhdəsindən gəlib. Təlimlərdə onların liderlik xüsusiyyəti, yeni proqramların və prosedurların adaptasiyasında işbirliyi təqdirəlayiqdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR