Kiyevdə jurnalist Oles Buzinanın qətlində şübhəli bilinən iki nəfər saxlanılıb

Kiyevdə jurnalist Oles Buzinanın qətlində şübhəli bilinən iki nəfər saxlanılıb
# 18 iyun 2015 10:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Ukrayna Baş Prokurorluğunun saytında yer alan xəbərdə bildirilir.

Qeyd olunur ki, saxlanılan şəxslərinin birinin 25, digərinin isə 26 yaşı var.

Xatırladaq ki, aprelin 30-da “KiberBerkut” haker qrupu Ukrayna Təhlükəsizlik Xidmətinin müxalifətçi siyasətçilərin və jurnalistlərin, o cümlədən Buzinanın qətlində şübhəli olduğunu iddia edib.

Qrupun fəalları iddia edirlər ki, onların əlinə Buzinanın qətlindən sonra Xarkov vilayət dövlət administrasiyası rəhbərinin müavini Vyaçeslav Abbakumovun yerli millətçilərin liderinə göndərdiyi məktub keçib. Məktubda V. Abbakumov millətçilərin iş metodlarını tənqid edib və xatırladıb ki, onlar Buzina və digər müxalifətçiləri öldürməməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR