Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar artıb

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmalar artıb
# 23 may 2018 11:45 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 26 mln. 718,7 min manat təşkil edib.

APA-Economics” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, mart ayı ilə müqayisədə sığorta haqlarının məbləğində 8 mln. 419,6 min manat və ya 46,01% artım müşahidə edilib.

Bu ilin yanvar-aprel aylarında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 15 mln. 996,7 min manat olub ki, bu da mart ayındakı göstəricidən 4 mln. 429,2 min manat və ya 38,29% çoxdur.

Ümumiyyətlə mayın 1-nə olan məlumata görə, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə daxilolmaların 59,87%-ni ödənişə yönəldib.

Hesabat dövründə sərnişinlərin icbari fərdi qəza sığortası (SİFQS) üzrə daxilolmaların həcmi 69,5 min manat olub. Bu, martdakı göstəricidən 36,8 min manat və ya 2,1 dəfə çoxdur.

Qeyd edək ki, 1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR