Azərbaycanda avro ilə valyuta əməliyyatlarının həcmi 12% azalıb

Azərbaycanda avro ilə valyuta əməliyyatlarının həcmi 12% azalıb
# 24 may 2018 16:25 (UTC +04:00)

2018-ci ilin I rübündə valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərib və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyyə balansı üzrə meyllərə uyğun formalaşıb.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-mart ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, hesabat dövründə valyuta bazarının hər iki seqmentində qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilib. Qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 4,8 mlrd. dollar ekvivalentində 2 olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% çoxdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i dollarında, 16%-i digər valyutalarda aparılıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə dolları ilə valyuta əməliyyatlarının həcmi 12,4% artıb, avro ilə əməliyyatların həcmi isə 12,1% azalıb. Qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.

Hesabat dövründə BVB-də dövriyyə ötən ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. BVB-də dolları ilə aparılan əməliyyatların 54,3%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olub. BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platforması aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatları- nın həcmi 3.4 mlrd. dollar ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% çoxdur. BDVB-də valyuta əməliyyatlarının 96%-i hüquqi şəxslərlə valyuta əməliyyatları təşkil edib. BDVB-da dövriyyənin 78%-ni dolları ilə əməliyyatlar təşkil edib. Dolları ilə banklar qeyri-nağd formada daxili konvertasiya yolu ilə 1,1 mlrd. dolları almış, 1,6 mlrd. dolları satıblar.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 1,4 mlrd. dollar ekvivalentində olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,3% çoxdur. Cari ilin I rübündə kommersiya bankları tərəfindən nağd dollarının alışı 594,2 mln. satışı isə 517,8 mln. məbləğində olub. Alışlar satışları 76.4 mln. dolları üstələyib. Avro ilə əməliyyatlar üzrə isə satışlar alışları 104 mln. Avro üstələyib. Digər valyutalar olan funt sterlinqi və rublu üzrə banklar tərəfindən nağd alışların məbləği 60,7 mln. dolları ekvivalentində, nağd satışların məbləği isə 24,7 mln. dolları ekvivalentində olub.

Aylar üzrə nağd dolları üzrə əməliyyatların dinamikasına nəzər yetirdikdə görərik ki, banklar tərəfindən yanvar və fevral aylarında alışlar satışları, mart ayında isə satışlar alışları üstələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR