Bu gün ASA-nın Müşahidə Şurasının iclası keçirilib

Bu gün ASA-nın Müşahidə Şurasının iclası keçirilib
# 05 iyun 2018 12:42 (UTC +04:00)

Bu gün Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) İctimai Birliyinin Müşahidə Şurasının iclası keçirilib.

ASA-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə bildirilib ki, Birliyin 2018-ci ilin ilk 5 ayı ərzində 79 fərqli tədbir icra edilib.

Bundan əlavə, Birliyin gələcək planları üzvlər arasında geniş şəkildə müzakirə edilib. Daha sonra Birliyin sədrinin təqdimatı əsasında Vasitəçilər komitəsinin sədrinin “Zaman” Sığorta və Təkrarsığorta Brokerinin Baş kommersiya direktoru Xəyal Məmmədxanlının namizədliyi Müşahidə Şurası tərəfindən təsdiq edilib.

Bununla yanaşı, görüşdə maliyyə sərgisi keçirilməsinə dair Müşahidə Şurasının üzvləri arasında müzakirələr aparılıb.

Xatırladaq ki, “Azərbaycan Sığortaçılar Assosiasiyası” İctimai Birliyinin kollegial orqanı olan Müşahidə Şurası Birliyin nəzarət orqanıdır və Birliyin Nizamnaməsinə əsasən Müşahidə Şurası 9 üzvdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR