"Muğanbank" rübü 4,7 mln. manat zərərlə başa vurub

"Muğanbank" rübü 4,7 mln. manat zərərlə başa vurub
# 23 oktyabr 2017 11:28 (UTC +04:00)

2017-ci il oktyabrın 1-nə "Muğanbank" ASC aktivlərinin həcmi 423,923 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,54% azdır.

"APA-Economics" xəbər verir ki, cari ilin III rübünə bankın kredit portfeli 334,009 mln. manat olub ki, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 3,57% artım deməkdir. Hesabat dövründə bankın problemli kreditlərinin həcmi 53,823 mln. manat təşkil edib.

Bankın öhdəliklərinin həcmi hesabat dövrünün sonuna 365,265 mln. manat təşkil edib.


Bankın məcmu kapitalı 4,3% artaraq 61,948 mln. manat, nizamnamə kapitalı isə 36,36% artaraq 75 mln. manat təşkil edib.

Hesabat dövründə bankın gəlirləri 38,975 mln. manat, xərcləri 27,944 mln. manat olub.


"Muğanbank" ASC bu ilin 9 ayını 4 mln. 627 min manat zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR