Bakıda iki qaraj yanıb

Bakıda iki qaraj yanıb
# 13 iyul 2015 12:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda iki qarajda yanğın qeydə alınıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də saat 15 radələrində paytaxtın Nizami rayonunun E.Süleymanov küçəsində quru ot yanıb və yanğın Cəbrayıl rayon sakini Şəmil Məmmədova məxsus 2 qaraja keçib.

Qarajların yanar konstruksiyaları və oradakı avtomobil ehtiyat hissələri yanıb, xəsarət alan olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR