Gömrükçülər ölkəyə qanunsuz gətirilən 6060 ədəd siqaret aşkarlayıblar

Gömrükçülər ölkəyə qanunsuz gətirilən 6060 ədəd siqaret aşkarlayıblar
# 30 oktyabr 2016 01:50 (UTC +04:00)

Gömrükçülər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaret aşkarlayıblar. DGK mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Xanoba” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin salonunun tavan hissəsindən və nəqliyyat vasitəsindəki kərə yağı və şirniyyat qutularının içərisindən gömrük nəzarətindən gizlədilən 6060 ədəd siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR