Sumqayıtda içərisində uşaq olan çanta tapılıb

Sumqayıtda içərisində uşaq olan çanta tapılıb
# 07 sentyabr 2015 11:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıtda içərisində qız uşağı olan çanta tapılıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Sumqayıt şəhərinin Koroğlu prospektində içərisində qız uşağı, geyim əşyaları və 1 yaşlı Dərya Məmmədovanın adına verilmiş doğum haqqında şəhadətnamə olan çanta tapılaraq 1 saylı Doğum evinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR