“Bakcell” “Ulduzum Festivalı” çərçivəsində 30%-dək endirimlərdən yararlanmağı təklif edir

“Bakcell” “Ulduzum Festivalı” çərçivəsində 30%-dək endirimlərdən yararlanmağı təklif edir
# 18 noyabr 2014 11:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanın mobil operatoru və mobil internet provayderi “Bakcell” şirkəti “Ulduzum festivalı” adlı kampaniyaya başlayıb.

“Bakcell”dən “APA-Economics”ə daxil olan məlumata görə, 15 noyabr -15 dekabr 2014-cü il tarixləri arasında keçirilən bu kampaniya çərçivəsində “Ulduzum” proqramının seçilmiş tərəfdaşları “Bakcell” abunəçilərinə xüsusi əlavə endirimlər təqdim edəcəklər.

30%-dək endirim təqdim edən seçilmiş “Ulduzum” tərəfdaşları barədə daha ətraflı məlumat əldə etmək üçün “777” yazıb 5555-ə pulsuz SMS göndərmək yetərlidir.

Ulduzum festivalında iştirak edərək əlavə endirimlər almaq üçün “Ulduzum” abunəçiləri *5555#YES yığmalı və ya “*” işarəsini SMS vasitəsilə 5555 qısa nömrəsinə yollamalıdırlar. Sistem tərəfindən abunəçiyə 4 rəqəmli şifrə təqdim olunacaq. Şifrənin əldə olunma dəyəri 0,03 manat təşkil edir. Həmin şifrəni seçilmiş “Ulduzum” tərəfdaşına təqdim etməklə əlavə endirim almaq olar. Gün ərzində hər bir abunəçi 10 dəfə şifrə əldə edə bilər. Əldə olunan hər bir şifrənin etibarlılıq müddəti 24 saat təşkil edir.

Bir ildən az müddət ərzində Ulduzum proqramına 700 000-dən çox abunəçi qoşulub.

Proqramın 120-dən çox tərəfdaşı siyahısında seçilmiş restoranlar, dəbdəbəli geyim, aksessuar, ətriyyat, mebel, məişət cihazları və elektrotexnika mağazaları, sağlamlıq, idman və istirahət mərkəzləri və bir sıra xidmət məntəqələri var.

www.ulduzum.az saytında “Ulduzum” proqramının tərəfdaşları siyahısı, onların təklif etdiyi endirimlər və daha ətraflı məlumatı əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR