İlin əvvəlindən əmək qanunvericiliyinin pozulmasına görə işəgötürənlərə tətbiq olunan cərimələrin 1,4 mln. manatı dövlət büdcəsinə ödənilib

İlin əvvəlindən əmək qanunvericiliyinin pozulmasına görə işəgötürənlərə tətbiq olunan cərimələrin 1,4 mln. manatı dövlət büdcəsinə ödənilib
# 24 oktyabr 2014 11:02 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu ilin 9 ayında qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aşkar edilmiş 6 420 nəfər işçi ilə işəgötürən arasında əmək müqaviləsinin bağlanması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bunu qurumun kollegiya iclasında nazir Səlim Müslümov bildirib.

Nazirin sözlərinə görə, bununla da 418 207 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilib.

S. Müslümov əlavə edib ki, əmək qanunvericiliyinin pozulması hallarına görə işəgötürənlərə tətbiq olunmuş cərimələrin 41,1%-i, yəni 1 411 600 manat dövlət büdcəsinə ödənilib və bu da ötən ilin müvafiq dövrünə nisbətən 23,6 dəfə çoxdur.

“Azərbaycan prezidentinin 2014-cü il 3 fevral tarixli fərmanına əsasən, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin (EİS) yaradılması və tətbiqinə başlanması Azərbaycanın bir çox ölkələr üçün nümunəyə çevrilən, beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən uğurlu təcrübəsidir. Qısa müddət ərzində mükəmməl proqram təminatı əsasında formalaşdırılan və bu gün tam fəaliyyətdə olan bu sistemdə artıq 1 milyon 440 mindən artıq əmək müqaviləsi bildirişi qeydiyyatdan keçib. EİS-ə daxil edilməli olan əmək müqaviləsi bildirişlərinin böyük əksəriyyətinin artıq sistemdə yerləşdirilməsi aparılan məqsədyönlü işlərin və işəgötürənlərin bu islahat tədbirində fəallığının uğurlu nəticəsi sayıla bilər. Qalan az sayda əmək müqaviləsi bildirişlərinin də qısa vaxtda sistemə daxil edilməsi üçün nəzarət tədbirləri gücləndirilməlidir”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR