Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq

Kaliforniyada “Yeddi gözəl”in premyerası olacaq
# 06 avqust 2014 09:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Oktyabrın 11-də ABŞ-ın Kaliforniya ştatında Qara Qarayevin "Yeddi gözəl" baletinin premyerası olacaq. Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan bildiriblər ki, balet San-Diyeqo Teatrının ansamblı tərəfindən təqdim ediləcək.

Grossmont simfonik orkestrinin müşayiət edəcəyi baletin premyerası Mədəniyyət və Turizm Nazirliyinin və Los-Ancelesdəki Baş Konsulluğun dəstəyi ilə təşkil olunur.

Qeyd edək ki, Q. Qarayevin 1952-ci ildə Nizami Gəncəvinin eyni adlı əsəri əsasında yazdığı balet indiyədək dünyanın bir çox ölkələrində tamaşaya qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR