“Qəbələ” rumıniyalı legionerlə yollarını ayırıb

“Qəbələ” rumıniyalı legionerlə yollarını ayırıb
# 18 avqust 2014 14:14 (UTC +04:00)
Bakı – APA. “Qəbələ” rumıniyalı futbolçusu Kristian Pulhakla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bunu 30 yaşlı müdafiəçinin özü açıqlayıb.
2013-cü ildə transfer olunan legioner Rumıniya mətbuatına açıqlamasında Azərbaycan karyerasının başa çatdığını bildirib: “Qəbələ” ilə müqaviləm bu ilin dekabrında başa çatacaqdı. Lakin mən müqavilənin pozulmasına və vətənə qayıtmağa üstünlük verdim. Belə daha yaxşıdır. Hazırda bir neçə təklif almışam”.
Qeyd edək ki, 2013-cü ilin yanvarında “Qəbələ”yə transfer olunan Pulhak “qırmızı-qaralar”la 2 illik müqavilə imzalamışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR