Azərbaycan prezidenti Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı sərəncam imzalayıb

Azərbaycan prezidenti Beyləqanda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı sərəncam imzalayıb
# 29 avqust 2014 16:25 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, sərəncamda Beyləqan rayonunda Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılacağı qeyd olunub.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR