Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, səfər çərçivəsində E. Məmmədyarovun BMT-nin 69-cı sessiyasında iştirakı və sessiyanın ümumi müzakirələr hissəsində çıxışı planlaşdırılır.
Azərbaycan XİN rəhbərinin həmçinin BMT-nin müxtəlif məsələlərə həsr olunmuş iclaslarında iştirakı, ikitərəfli və çoxtərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.