Fuad Poladov: "Üç aydır ağciyər xərçəngi diaqnozu qoyulub"

Fuad Poladov: "Üç aydır ağciyər xərçəngi diaqnozu qoyulub"
# 19 sentyabr 2017 09:55 (UTC +04:00)

“Artıq üç aydır mənə ağciyər xərçəng diaqnozu qoyulub. Səs tellərimdəki problem də bu xəstəliklə bağlı olub”.

Bunu APA-ya açıqlamasında xalq artisti Fuad Poladov deyib. Onun sözlərinə görə, hazırda müalicələri davam edir:

“Mütəmadi müalicə alıram. Milli Onkologiya Mərkəzində qeydiyyatdayam. Ümid edirəm ki, tezliklə sağalacağam. Xarici ölkədə müalicə almaq fikrim yoxdur. Çünki mənə dedilər ki, dünyanın ən gözəl həkimləri və avadanlıqları bizim Milli Onkologiya Mərkəzində var. Ona görə də öz həkimlərimizə inanıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR