Bank Of Baku

​​​​​​​Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirilib

​​​​​​​Azərbaycan Prezidentinin Berlində rəsmi qarşılanma mərasimi keçirilib
# 21 iyul 2026 14:19 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Bu barədə APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.

Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə raport verib.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR