BTQ-nin Marabda–Türkiyə sərhədinə qədər sahəsinin inşasına dair protokol təsdiqlənib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 25 may 2024 18:44 (UTC +04:00)

2024-cü il aprelin 30-da Bakı və Tbilisi şəhərlərində imzalanmış “Bakı–Tbilisi–Qars” yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin maliyyələşdirilməsi, layihələndirilməsi, inşası, reabilitasiya-rekonstruksiyası və istismarının prinsip və şərtləri haqqında Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında 2007-ci il 7 fevral tarixli Saziş”ə dəyişiklik edilməsi barədə Protokol” təsdiq edilib.

APA-nın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR