Biz ikitərəfli münasibətlərimizi tarixi baxımdan mütləq zirvəyə çatdırmışıq.
APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
“Biz ikitərəfli münasibətlərimizi tarixi baxımdan mütləq zirvəyə çatdırmışıq. Bunun təsdiqi kimi, bugünkü sammitin yekununda , biz bunu dar tərkibdə də müzakirə etdik, əbədi dostluq haqqında tarixi müqavilənin imzalanmasını göstərmək olar. Ən başlıcası isə odur ki, strateji tərəfdaşlığımızın və müttəfiqliyimizin hər bir istiqaməti konkret, real və gözlə görünən işlərdə öz ifadəsini tapır”, - deyə Şavkat Mirziyoyev qeyd edib.