Bank Of Baku

Prezidentin köməkçisi: Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq - VİDEO

Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

© APA | Hikmət Hacıyev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

# 23 avqust 2026 14:26 (UTC +04:00)

Azərbaycan və Özbəkistan arasında əbədi dostluğa dair Müqavilə imzalanacaq.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında səsləndirib.

Hikmət Hacıyev bildirib ki, Özbəkistan və Azərbaycan münasibətləri artıq strateji müttəfiqlik xarakteri daşıyır: “İki ölkə prezidentlərinin 2022-ci ildə təmaslarından sonra Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə və yeni səviyyəyə qədəm qoyub. Həmin dövrdən sonra iki dövlət arasında münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə, indi isə əbədi dostluğa çevrilir. Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir. Biz belə bir addımı Özbəkistanla atırıq. Onsuz da xalqlarımız əbədi dost idilər. Azərbaycan və Özbəkistan tarixinə baxsaq, aramızda çoxsaylı bağlantıların olduğunu görərik. Bunu hətta Əlişir Nəvainin və digər özbək ədiblərinin əsərlərində də müşahidə etmək mümkündür”.

Prezidentin köməkçisi deyib ki, bu səfər çərçivəsində xalqların iradəsi, ortaq tarix və mədəni köklərdən irəli gələrək əbədi dostluq münasibətlərinə dair Müqavilə dövlət başçıları tərəfindən imzalanacaq: “Başqa sözlə desək, artıq de-fakto mövcud olan Azərbaycan-Özbəkistan əbədi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyacaq”.

Hikmət Hacıyev Özbəkistan və Azərbaycan rəsmilərinin öz aralarında Azərbaycan və özbək dillərinin kombinasiyasında danışmağa çalışdıqlarını bildirib: “Bu, müəyyən dərəcədə özünü doğruldur. Müvafiq terminoloji məsələlər olduqda bəzi hallarda rus dilində də danışırıq. Amma daha çox çalışırıq ki, özbək və Azərbaycan dillərinə üstünlük verək. Yazılı mətnləri başa düşmək daha asandır, tələffüzü daha çox eşitdiyimiz təqdirdə daha asanlıqla qavramaq mümkündür. Ona görə də bir qədər praktika lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR