Bank Of Baku

Özbəkistan Prezidenti: Biz faktiki olaraq yeni geoiqtisadi reallıq formalaşdırırıq

Özbəkistan Prezidenti: Biz faktiki olaraq yeni geoiqtisadi reallıq formalaşdırırıq
# 23 avqust 2026 17:11 (UTC +04:00)

Biz faktiki olaraq yeni geoiqtisadi reallıq formalaşdırırıq.

APA-nın Daşkəndə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikası və Özbəkistan Respublikası Ali Dövlətlərarası Şuranın üçüncü iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.

“Ölkələrimiz regional konsolidasiyanın və əməkdaşlığın gücləndirilməsinin tərəfdarıdır. Daşkənd və Bakının regionlararası inteqrasiyanın əsas hərəkətverici qüvvələri rolunu öz üzərinə götürməsi sevindirici haldır.

Azərbaycanın məsləhətləşmə görüşləri formatına qoşulması iki region arasında iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açıb. Birgə səylərimiz nəticəsində biz faktiki olaraq yeni geoiqtisadi reallıq, birgə inkişaf üçün böyük potensiala malik vahid və özünütəmin edən makroregion formalaşdırırıq.

Bu gün Özbəkistan-Azərbaycan çoxşaxəli tərəfdaşlığının digər məsələlərini də müzakirə etməliyik. Tərəfdaşlıqla bağlı siz dar tərkibdə də bilməlisiniz ki, məcazi mənada, hər bir istiqamətimiz üzrə qələmlə işləyərək bütün məsələləri nəzərdən keçirmişik. Qarşılıqlı olaraq yaxşı niyyətimiz var ki, bütün müsbət məqamları reallaşdıraq, eyni zamanda bütün digər istiqamətlərdə böyük, irimiqyaslı və sıçrayış xarakterli layihələr həyata keçirək”, - deyə Şavkat Mirziyoyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR