"Almaniya ilə enerji sahəsində əməkdaşlıq çox geniş sahədə olacaq".
APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Almaniya Kansleri Fridrix Mertslə birgə mətbuat konfransında deyib.
Dövlət başçısı bildirib ki, bağlantılarla bağlı da Almaniya şirkətləri öz imkanlarını çox genişləndirib: “Bir çox istiqamətlər üzrə konkret fəaliyyət planı nəzərdə tutulur. Bir neçə işçi qrup yaradılacaq ki, bu, bu gün imzalanan sənədlərdə öz əksini tapıb".