Bank Of Baku

Prezident İlham Əliyev 500 min ABŞ dollarının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

Prezident İlham Əliyev

© APA | Prezident İlham Əliyev

# 14 sentyabr 2026 19:57 (UTC +04:00)

Sentyabrın 14-də Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüş zamanı “Zayed İnsan Qardaşlığı Mükafatı”nın sertifikatını dövlətimizin başçısına təqdim edib.

APA xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə 2026-cı il üzrə bu mükafata layiq görülüb.

Mükafatın şərtlərinə görə, Azərbaycan Prezidentinə 500 min ABŞ dolları məbləğində vəsait verilir.

Prezident İlham Əliyev bu məbləğin tam olaraq Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR