Prezident İlham Əliyev TDT liderlərini Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edib

Prezident İlham Əliyev TDT liderlərini Azərbaycanda keçiriləcək Zirvə görüşünə dəvət edib
# 21 may 2025 12:47 (UTC +04:00)

Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq duyuram.

APA-nın Budapeştə ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bunu Türk Dövlətləri Təşkilatının dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.

Prezident İlham Əliyev deyib ki, bu, Macarıstana 6-cı səfəridir: “Viktor Orban isə 7 dəfə Azərbaycana səfər edib”.

Azərbaycan Prezidenti qeyd edib ki, TDT-nin qeyri-rəsmi sammiti ötən il Şuşada keçirilib: “Bu il Azərbaycan TDT-nin rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə sammitinə dəvət edirəm. Azərbaycan Türk dövlətlərinə 20 milyard dollara qədər sərmayə qoyub. Bu il Türk İnvestisiya Fondunun fəaliyyətə başlayacağı gözlənilir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR