“Azərişıq” xüsusi təyinatlı avtomobillərinin sayını 200-ə çatdırır

“Azərişıq” xüsusi təyinatlı avtomobillərinin sayını 200-ə çatdırır
# 21 oktyabr 2015 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərişıq” ASC xüsusi təyinatlı avtomobillərinin sayını iki dəfəyədək artıracaq.

APA-Economics”in məlumatına görə, cəmiyyətin sədri Baba Rzayevin “Respublika” qəzetində dərc olunan məqaləsində bildirir ki, işin səmərəli təşkili üçün “Azərişıq” tərəfindən mobil avadanlıqlarla təchiz olunmuş 120 ədəddən yuxarı xüsusi təyinatlı avtomobillər alınıb və bütün regional idarələrə paylanılıb.

Onun sözlərinə görə, xarici ölkə istehsalı olan yüksək keyfiyyətli avtomobillərlə istənilən qəza vəziyyətini qısa müddətdə aradan qaldırmaq mümkün olacaq: “Bu tip avtomobillərin sayının, tələbata uyğun olaraq, 200-dən yuxarı artırılması da nəzərdə tutulub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR