Türkiyədə qanunsuz miqrantları daşıyan iki qayıq batıb, 35 nəfər ölüb

Türkiyədə qanunsuz miqrantları daşıyan iki qayıq batıb, 35 nəfər ölüb
# 08 fevral 2016 14:17 (UTC +04:00)

Bakı-APA. Türkiyədə qanunsuz miqrantları daşıyan daha iki qayıq batıb, 35 nəfər ölüb.

APA-nın DHA-ya istinadən xəbərinə görə, qayıqlar Egey dənizinin İzmir və Balıkəsir vilayətlərində sahildən bir qədər aralıda batıb. Batan qayıqların birində 24, digərində 11 nəfər dənizdə boğulub. Ölənlərin əksəriyyətinin uşaq olduğu bildirilir. Onların meyitləri sudan çıxarılıb. Qayıqlarda olan 4 miqrant xilas edilib.

Miqrantların Yunanıstanın Midilli adasına keçmək istədikləri deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR