SOCAR prezidenti "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə müşavirə keçirib

SOCAR prezidenti "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə müşavirə keçirib
# 12 fevral 2016 14:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə səfər edib.

APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, əvvəlcə, özülün yanğın söndürüldükdən sonrakı vəziyyətinə baxış keçirilib.

Sonra SOCAR-ın aidiyyatı rəhbər işçilərinin iştirakı ilə istehsalat müşavirəsi keçirilib. SOCAR prezidenti yanğının söndürülməsindən sonra özüldə qəzanın nəticələrinin aradan qaldırılması qrafiki ilə tanış olub, bu istiqamətdə aparılacaq təmir-bərpa işlərinin əsas prioritetlərini vurğulayıb, təhlükəsizlik qaydalarına əməl olunmasının, ekoloji məsələlərə diqqət yetirilməsinin, təmir-bərpa işlərinin yüksək keyfiyyətlə aparılmasının və quraşdırılacaq avadanlıqların etibarlılığının mühüm əhəmiyyət daşıdığını söyləyib.

R. Abdullayev özüldə hasilat prosesinin planlaşdırılan müddətdə bərpa olunması məqsədi ilə görüləcək işlərdən danışıb, idarə və müəssisə rəhbərlərinə konkret tapşırıqlarını verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR