Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb

Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb
# 29 oktyabr 2015 08:13 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbail rayon Cinayət-Axtarış Şöbəsinin və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, oktyabrın 4-də Badamdar yolunda taksi sürücüsü, Quba rayon sakini Nəsimi Tahirovun əlindən 350 manatını alaraq soyğunçuluqda şübhəli bilinən Quba rayon sakini, 1996-cı il təvəllüdlü Fərid Abbasov və Qazax rayon sakini, 1994-cü il təvəllüdlü Mehman Paşayev tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR