Oğuzda traktor, Şirvanda motosiklet yanıb

Oğuzda traktor, Şirvanda motosiklet yanıb
# 24 iyun 2015 01:58 (UTC +04:00)

Bakı-APA. Ötən axşam ölkə ərazisində bir neçə yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Oğuz rayonu, Bucaq kəndində (rayon mərkəzindən 13 km) vətəndaşa məxsus “MTZ” markalı traktorun qoşqusunun taxta konstruksiyaları və qoşquya yığılmış 3 ton ot bağlaması yanıb. Traktor və qoşqunun qalan hissəsi yanğından mühafizə olunub.

Şirvan şəhərində vətəndaşa məxsus “Minsk” markalı iki təkərli motosikletin yanar hissələri və ətrafında 50 kv.m sahədə quru ot yanıb. Ərazidə olan digər otlaq sahələri yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR