Orta məktəblər üçün Azərbaycan tarixi dərsliyinin hansı prinspilərlə hazırlandığı araşdırılacaq

Orta məktəblər üçün Azərbaycan tarixi dərsliyinin hansı prinspilərlə hazırlandığı araşdırılacaq
# 30 dekabr 2016 09:55 (UTC +04:00)

Milli Məclis orta məktəblər üçün Azərbaycan tarixi dərsliyinin necə və hansı prinspilərlə hazırlanması məsələsini araşdıracaq.

APA-nın məlumatına görə, bu barədə spiker Oqtay Əsədov bu gün keçirilən iclasda Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyliyə tapşırıq verib.

Məsələ ilə bağlı çıxış edən deputat Siyavuş Novruzov bildirib ki, bir qrup tarix müəllimi ona müraciət edib: “Müəllimlərin dediyinə görə, 8-ci sinifdə rus dili bölməsində Azərbaycan və Qarabağın tarixi ayrıca kitablarla tədris olunur. Bu məsələ araşdırılmalıdır. Tarixi ayrıca tədris etmək nə deməkdir? Azərbaycana məxsus yerlərin ayrıca tədris olunmasına nə ehtiyac var?”

Deputat Yaqub Mahmudov bildirib ki, vahid Azərbaycan tarixi vahid adla tədris olunmalıdır: “Bunu başqa adlara bölmək ciddi təxribatdır”.

Oqtay Əsədov məsələdən narahatlığını bildirərək İsa Həbibbəyliyə bunu araşdırmağı tapşırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR