Nazir: “Bolqarıstan Azərbaycanın hesabına qaz mənbələrini diversifikasiya edəcək”

Nazir: “Bolqarıstan Azərbaycanın hesabına qaz mənbələrini diversifikasiya edəcək”
# 08 aprel 2015 10:59 (UTC +04:00)

APA-Economics”in Bolqarıstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, bu barədə bu ölkənin energetika naziri Tamenujka Petkova deyib.

“Mayın 29-da Bolqarıstan Yunanıstanla investisiya anlaşması (2018-ci ilədək təbii qaz xətlərinin tikintisini nəzərdə tutan) imzalayacaq. Hökumət yeni qaz mənbələrinin və marşrutlarının tapılması üzərində işləyir. Biz Rusiya ilə yanaşı başqa mənbədən də qaz tədarük edəcəyik. Söhbət Azərbaycandan gedir”, - deyə nazir bildirib.

Nazir Bolqarıstanda qazın qiymətinin baha olmasını “yalnız bir mənbədən asılı olması ilə” izah edib.

“Yunanıstanla Bolqarıstan arasında tikiləcək təbii qaz xətləri ölkəmizdəki qazın qiymətinə təsir edəcək. Gələcəkdə Azərbaycan qazının nəql olunacağı Yunanıstanla əlaqələrimiz bizim üçün prioritet təşkil edir”, - deyə T. Petkova bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR