Gəncədə 8 yaşlı qızı maşın vurub

Gəncədə 8 yaşlı qızı maşın vurub
# 06 iyun 2015 13:24 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə yolu keçmək istəyən 8 yaşlı uşağı maşın vurub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə bu gün şəhərin Həzi Aslanov küçəsində qeydə alınıb. Şəhər sakini, 2007-ci il təvəllüdlü Ayişə Zeynalova yolu keçmək istəyərkən avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan qız sürücü tərəfindən əvvəlcə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına sonra isə 2 saylı Uşaq Xəstəxanasına yerləşdirilib. Həkimlər qızın vəziyyətini normal qiymətləndirirlər.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR