Bank Of Baku

1-ci Aİ-Azərbaycan Şərab Sammiti keçiriləcək

1-ci Aİ-Azərbaycan Şərab Sammiti keçiriləcək
# 04 fevral 2022 14:56 (UTC +04:00)

“Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi çərçivəsində Azərbaycan şərab ixracatçıları bu ilin 8-12 mart tarixlərində Bolqarıstana tanışlıq səfəri zamanı öz məhsullarını təqdim edəcəklər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) “APA-Economics”ə verilən məlumata görə, proqrama Plovdiv şəhərində keçiriləcək VINARIA şərab sərgisində iştirak daxildir.

Daha sonra, 14 mart tarixində Palatanın təşəbbüsü ilə 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitini və 13-17 mart tarixlərində isə Azərbaycan Şərab Marşrutu boyunca tədqiqat səfəri təşkil olunacaq.

Qeyd edək ki, “Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi EUROCHAMBRES tərəfindən idarə olunan Avropa İttifaqının EU4Business: Connecting Companies (EU4BCC) təşəbbüsü tərəfindən maliyyələşdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR