Bank Of Baku

100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ!

100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ!
# 20 avqust 2026 10:21 (UTC +04:00)

Ölkənin aparıcı pərakəndə satış şəbəkələrindən olan "Tamstore" xalqımızın inamı və dəstəyi ilə böyüməyə davam edir. Marketlər şəbəkəsi 25 avqust tarixində yubiley 100-cü mağazasının təntənəli açılışını reallaşdıracaq.

“Tamstore” bu xüsusi günü müştərilərə daha yaddaqalan etmək üçün şəbəkənin bütün filiallarında "100-cü mağazaya özəl: 100 məhsulda 2-cisi PULSUZ” kampaniyasına start verəcək.

25-26 avqust tarixlərində keçərli olacaq kampaniya çərçivəsində alıcılar ən çox tələb olunan 100 seçilmiş məhsuldan birini aldıqda, ikincisini tamamilə pulsuz əldə edəcəklər.

Kampaniyada seçilmiş ət məhsulları, süd və süd məhsulları, kərə yağı, düyü, makaron, şirniyyatlar, duru yağlar, gigiyenik və təmizlik məhsulları, şəxsi baxım və kiçik ev əşyaları müştərilərə hədiyyəli təqdim ediləcək. Eyni zamanda 24-30 avqust tarixlərində dana əti və quzu ətində də “Ət Festivalı” çərçivəsində möhtəşəm endirimlər təqdim ediləcək.

Qeyd edək ki, “Tamstore” 2023-cü ildən fəaliyyət göstərir. Bakı və Sumqayıtla yanaşı Gəncə, Naxçıvan, Xankəndi, Bərdə, Qazax, Ağstafa, Şəmkir, Ağcabədi, Ağdaş, Beyləqan, Masallı, Cəlilabad, Mingəçevir, Salyan, Hacıqabul, Şamaxı, Şəki və Zaqatalada “Tamstore” filialları müştərilərin xidmətindədir.

Məhsullar məhdud saydadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR