Bank Of Baku

9 ayda Azərbaycana 800 min tona yaxın buğda idxal edilib

9 ayda Azərbaycana 800 min tona yaxın buğda idxal edilib
# 16 oktyabr 2023 17:46 (UTC +04:00)

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 210 milyon 742.28 min dollar dəyərində 792 min 331.38 ton buğda idxal edilib.

APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6.5% və ya 48 min 131 ton, məbləğ baxımından isə 19.6% və ya 51 mln. 324 min dollar çoxdur.

Xatırladaq ki, cari ilin yanvar-sentyabr aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 1.67%-nə bərabər olub.

Əlavə edək ki, 2023-cü ilin sentyabr ayında ölkəyə idxal edilmiş ərzaqlıq buğdanın 1 tonunun orta qiyməti, ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.2% və ya 191.89 manat azalaraq 404,35 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR