2002-2020-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 mlrd. manat olan 38 mindən artıq sahibkara 2,6 mlrd. manat güzəştli kredit verilib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, bu, 173 mindən çox yeni iş yerinin açılmasına imkan yaradıb.