Ötən həftə ilk dəfə işsizlik müavinəti üçün müraciət edən amerikalıların sayı 43 min azalaraq 184 minə düşüb. Bu göstərici 1969-cu ilin sentyabrından bəri ən aşağı səviyyəyə düşüb.
"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Əmək Nazirliyinin hesabatında deyilir.
Bir həftə əvvəl işsizlik üzrə müavinət üçün edilən müraciətlərin sayı 227 min olub, halbuki ilkin olaraq bu göstəricinin 222 minə yaxın olduğu bildirilir.
Bu göstəricilər iqtisadiyyatın koronavirus böhranının təsirlərindən sağalmağa davam etdiyi üçün ölkədə əmək tələbinin güclü olaraq qaldığını göstərir.