Bank Of Baku

ABŞ-da supermarket və kafelərdə orta saatlıq əməkhaqqı ilk dəfə 15 dolları ötüb

ABŞ-da supermarket və kafelərdə orta saatlıq əməkhaqqı ilk dəfə 15 dolları ötüb
# 09 avqust 2021 10:37 (UTC +04:00)

ABŞ-da ictimai iaşə obyektlərinin və supermarket işçilərinin orta saatlıq məvacibi ilk dəfə olaraq 15 dolları keçib. Ölkədə bütün sahələrdə çalışan işçilərin təxminən 80%-i saatda 15 dollar və ya bundan çox əməkhaqqı alır. 2014-cü ildə bu göstərici 60% təşkil edirdi.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Washington Post" Federal Statistika Bürosuna istinadən xəbər verir.

2021-ci ildə əmək bazarında müşahidə olunan rəqabət pərakəndə ticarət və xidmət sektorlarında fəaliyyət göstərən böyük şirkətləri ("Disney", "Best Buy", "Target", "Costco" və CVS) faizləri artırmağa sövq edib ki, bu da kiçik şirkətlərin analoji addım atmasına səbəb olub.

ABŞ-da rəhbərliyə daxil olmayan işçilərin orta saatlıq maaşları 25,83 dollara çatıb ki, bu göstərici koronavirus pandemiyasının başlanğıcından 7,8% artıb. ABŞ-da saatlıq məvacibi 15 dollarlıq simvolik həddi keçən sahələrə idman malları və musiqi alətləri mağazaları, avtoyuma məntəqələri, quru təmizləmə, istehlak malları mağazaları, əlillərə və yaşlılara qulluq edən müəssisələr daxildir.

Xatırladaq ki, ABŞ-da minimum federal əməkhaqqı 7,25 dollardır, rəqəm dəyişmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR