ABŞ-da tekila və mezkal satışları illik müqayisədə 30,1% artaraq 2021-ci ildə 5,2 mlrd. dollara çatıb.
"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ Distillə Edilmiş Spirtli İçkilər Şurasının (DISCUS) açıqlamasında deyilir.
Beləliklə, satışlara görə, ABŞ-da aqava şirəsindən əldə edilən spirtli içkilər araqdan sonra ikinci yeri tutub. Ümumilikdə, keçən il ABŞ-da 7,3 mlrd. dollarlıq araq realizə edilib. Araq 1970-ci illərdən etibarən ABŞ-da ən çox satılan spirtli içki hesab olunur.
Hər il tekila satışı araq satışından təxminən 2 mlrd. dollar az olur. Bununla belə, tekila bir neçə il ərzində liderliyi ələ keçirmək potensialına malikdir.