Almaniyanın "Adidas AG" şirkəti "Reebok" brendini ABŞ-ın "Authentic Brands Group" şirkətinə 2,1 mlrd. avroya satır.
"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.
"Adidas" məbləğin əsas hissəsini sövdələşmə başlandıqdan sonra alacaq, qalan ödənişlər isə müəyyən şərtlərin yerinə yetirilməsinə bağlıdır. Tərəflər müqaviləni 2022-ci ilin birinci rübündə tamamlamağı planlaşdırırlar. Almaniya şirkəti "Reebok" brendinin satışından əldə edilən gəlirin böyük hissəsini səhmdarların təşviqinə istifadə etməyi planlaşdırır.
Qeyd edək ki, "Adidas" 2006-cı ildə "Rockport", "CCM Hockey" və "Greg Norman" brendləri ilə yanaşı "Reebok"u da satın alıb. Sonradan qeyd edilən üç brendi şirkət təxminən 400 mln. avroya satıb.