Ağdam Sənaye Parkında 5 sahibkarlıq subyektinə rezident statusu verilib.
İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, rezidentlətin ümumi dəyəri 36,6 mln. manat təşkil edən investisiya layihələrin icrası nəticəsində 830 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İnvestisiya layihələri çərçivəsində Sənaye Parkında xalça, dəmir-beton məmulatları, alternativ və bərpaolunan enerji mənbələri ilə (əsasən günəş enerjisi) qidalanan işıq dirəklərinin və digər qurğuların, polimer məhsulların, həmçinin xüsusi və fərdi geyimlərin istehsal müəssisələri inşa ediləcək.
İstehsal edilən bəzi məhsulların daxili bazarda satılması ilə yanaşı, Avropa və MDB ölkələrinə ixrac olunması planlaşdırılır.