"Agrarco" MMC tərəfindən bu il yeni, son texnologiyalarla təchiz olunan 20 min ton istehsal və 7 min ton ləpə qurmaq gücünə malik olan yeni zavod qurulub.
"APA-Economics" xəbər verir ki, bunu "Agrarco" MMC-nin Baş İcraçı direktoru Cavid Kazımov Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Agrarco MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsinin imzalanma mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, yaxın aylarda zavod fəaliyyətə başlayacaq: "Bu həcmlərdə fəaliyyət göstərən zavodların sayı dünyada çox deyil. Demək olar ki, həmin həcmlərdə dünyada iki zavod var, onun biri Azərbaycanda yerləşir",- deyə Cavid Kazımov qeyd edib.