Bank Of Baku

Ağstafada KOB dostu təqdim olunub - FOTO

Ağstafada KOB dostu təqdim olunub - FOTO
# 07 aprel 2022 15:03 (UTC +04:00)

Bu gün Ağstafada Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) görüşü təşkil olunub.

KOBİA-dan "APA-Economics"ə verilən məlumata görə, KOBİA və Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilmiş görüşdə Ağstafa və ətraf bölgələrdən olan sahibkarlar, rayonda sahibkarlara xidmət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Görüş çərçivəsində KOBİA-nın Ağstafa rayonu üzrə Kiçik və Orta Biznesin dostu – KOB dostu da rayonun biznes ictimaiyyətinə təqdim olunub. Bu, Qazax–Tovuz iqtisadi rayonu üzrə sayca 2-ci KOB dostudur. Hazırda KOB dostları ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərir.

Ağstafa rayonu üzrə KOB dostu ofisi rayonun Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcək.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara yerində dəstəyin təmin olunması baxımından KOB dostlarının fəaliyyətinin önəmini qeyd edib, effektiv dəstək mexanizmi kimi digər rayonlarda sahibkarlığın inkişafına və biznesin qarşılaşdığı çətinliklərin operativ həllinə öz təhfəsini verdiyini vurğulayıb.

Tədbir çərçivəsində Agentlik tərəfindən KOB-lara göstərilən dəstək mexanizmləri barədə filmlər nümayiş olunub, sahibkarların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR