Bank Of Baku

AKİA sədri: Əsas problem fındığın geri qaytarılması məsələsidir

Seymur Mövlayev

© APA | Seymur Mövlayev

# 14 aprel 2022 11:36 (UTC +04:00)

Azərbaycanda fermerlərin və daha çox ixracatçıların narahatçılığına səbəb olan problemlər fındığın geri qaytarılması məsələsidir.

"APA-Economics" xəbər verir ki bunu, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Seymur Mövlayev Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Agrarco MMC arasında "Azərbaycanda Fındıqçılıq Sahəsində Səmərəliliyin və Dayanıqlılığın Sürətləndirilməsi - HAZER" layihəsi çərçivəsində fəaliyyətlərə dair əməkdaşlıq və koordinasiya üzrə İcra Müqaviləsinin imzalanma mərasimində çıxış edərkən deyib.

Onun sözlərinə görə, geri qaytarılmanın aradan qaldırılması üçün dəyər zənciri istiqamətində bütün istehsal xəttinin izlənilməsinə zərurət var ki, problemin haradan qaynaqlandığını və fermerlərin harada səhvlərə yol verdiklərini müəyyən etməkdir.

"Fındıqçılıq, Azərbaycanın strateji cəhətdən ixracyönümlü ən prioritet istiqamətlərindən biridir. Burada kənd təsərrüfatının digər sahələrində olduğu kimi, mövcud dünya tələblərinə cavab vermək üçün əlavə dəyər zəncirinin inkişafina ehtiyac duyulur. Bu istiqamətdə Kənd Təsərrüfatı nazirliyi tərəfindən FAO ilə layihənin başlanğıcını qoyduqda əsas hədəf o idi ki, mövcud çatışmazlıqları aradan qaldırmaq və fermerləri bu istiqamətdə dəstəkləmək üçün hansı işlər görülməlidir, - deyə Seymur Mövlayev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR