Bank Of Baku

Almaniya şirkəti "KamAZ"la əməkdaşlığı dayandırır

Almaniya şirkəti "KamAZ"la əməkdaşlığı dayandırır
# 28 fevral 2022 14:31 (UTC +04:00)

Almaniyanın "Daimler Truck" şirkəti Rusiyanın "KamAZ" şirkəti ilə bütün əməkdaşlığı dayandırır.

"APA-Economics" xəbər verir ki, bu barədə Almaniyanın "Handelsblatt" qəzeti şirkət nümayəndələrinə istinadən yazır.

"Demək olar ki, 12 illik əməkdaşlıqdan sonra "Daimler Truck" Rusiyanın avtomobil istehsalçısı "KamAz"la bütün əməkdaşlığı dayandırır. Ukraynadakı müharibə nəticəsində "Daimler KamAz Rus" birgə müəssisəsi bir dənə də olsun yük maşını istehsal etməyəcək və "KamAZ" üçün komponentlər göndərməyəcək", - "Daimler Truck"dan qəzetə bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR