Bank Of Baku

"AmCham" Azərbaycan üzrə növbəti "Ağ Sənəd"i təqdim edib - FOTO

"AmCham" Azərbaycan üzrə növbəti "Ağ Sənəd"i təqdim edib - FOTO
# 10 dekabr 2021 17:15 (UTC +04:00)

Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham Azerbaijan") 2021-ci ildə dərc olunan və Azərbaycanın biznes və investisiya mühitinin təkmilləşdirilməsi baxımından tövsiyə və təklifləri əhatə edən "Ağ sənəd" təqdim olunub.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sənədin təqdimatında bank, maliyyə və sığorta, rəqəmsal texnologiya və innovasiyalar, tez tükənən istehlak malları, insan resursları və əmək bazarı, hüquq və komplayens, satınalmalar, dayanıqlı inkişaf, turizm, gömrük və vergi sahələrini əhatə edən tövsiyə və təkliflər barədə məlumatlar verilib.

İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda pandemiya şəraitində biznes və investisiya mühitinin dəstəklənməsi məqsədilə həyata keçirilən tədbirlər və bu tədbirlərin makroiqtisadi göstəricilərə müsbət təsirləri barədə tədbir iştirakçılarını məlumatlandırıb. Qeyd olunub ki, həyata keçirilən tədbirlər işgüzar fəaliyyətin davamlılığını və 2021-ci ildə iqtisadi artımı təmin edib. Belə ki, bu ilin 10 ayı ərzində real ÜDM-in həcmi 4,9%, qeyri-neft ÜDM-i isə 5,9% artıb. Bu dövrdə xarici ticarət dövriyyəsi 24,7%, ixrac 37,7%, qeyri-neft ixracı isə 42% artıb.

Nazir müavini "Ağ sənəd"də yer alan tövsiyə və təkliflərin İqtisadiyyat Nazirliyi tərəfindən bir hissənin artıq dəyərləndirildiyini bildirib, digərləri ilə bağlı işlərin aparıldığını diqqətə çatdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR