Bank Of Baku

Antiinhisar qanunvericiliyinin pozulmasına görə 7 quruma qarşı iş qaldırılıb

Antiinhisar qanunvericiliyinin pozulmasına görə 7 quruma qarşı iş qaldırılıb
# 22 fevral 2022 16:18 (UTC +04:00)

Bu gündən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəsmi internet səhifəsində Xidmət tərəfindən baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərin cədvəli yerləşdirilib.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, cədvəldə müvafiq qanunvericiliyinin pozulması əlamətləri üzrə 7 quruma qarşı qaldırılan işlər barədə məlumatlar əks olunub. Həmçinin ərizə verən və haqqında iş qaldırılan bazar subyekti, qanun pozuntusu əlamətləri, işə baxılmanın təyin edildiyi vaxt, yer və baxılan işin statusu barədə məlumatlar göstərilib.
Məlumatların mütəmadi olaraq yenilənəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR