Bank Of Baku

Aqroparkların reyestrinin aparılması qaydası hazırlanacaq

Aqroparkların reyestrinin aparılması qaydası hazırlanacaq
# 21 dekabr 2021 18:02 (UTC +04:00)

Aqroparkların, habelə onların rezidentlərinin reyestrinin aparılması qaydasını İqtisadiyyat Nazirliyi 6 ay müddətinə müəyyən edəcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilən “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”də əksini tapıb.

Fərmana əsasən, İqtisadiyyat Nazirliyi 6 müddətində aşağıdakı aktları da qəbul edəcək:

- Aqroparklara operatorun müsabiqə əsasında seçilməsi qaydasını;

- dövlət tərəfindən yaradılan aqroparkın idarə olunmasına görə haqqın məbləğini müəyyən etmək;

- aqroparkda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair aqroparkın rezidentləri ilə bağlanılmış müqavilələrin şərtlərinə əməl olunmasına nəzarət etmək, həmin müqavilələr üzrə pozuntuların aradan qaldırılması və vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tədbirlər görmək.

Həmçinin, nazirlik 6 müddətində investisiyanın həcminin İqtisadiyyat Nazirliyinin müəyyən etdiyi minimal həddə uyğunluğunu yoxlamaq;

Eyni zamanda idarəedici təşkilat təqdim olunan ərizəyə və ona əlavə edilən sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 7 (yeddi) iş günündən gec olmayaraq ərizəçinin aqroparkın rezidenti kimi qeydiyyata alınması haqqında qərar qəbul edir və ərizəçiyə İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formaya uyğun aqroparkın rezidentinin qeydiyyat şəhadətnaməsini verir və ya qeydiyyat şəhadətnaməsinin verilməsindən imtinaya dair əsaslandırılmış qərar qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR