Şərqi Zəngəzur iqtisadi rayonunda, Cəbrayıl rayonu ərazisində yaradılan “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının 200 hektarlıq ərazisinin artıq 70 hektarı minalardan təmizlənib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir qeyd edib ki, bu günlərdə Sənaye Parkının sosial zonasının təşkili üçün konteynerlərin quraşdırılmasına başlanacaq.